Peyvənd edilən insanlar virus yayır... - ALİMLƏRDƏN ŞOK ARAŞDIRMA

Baxış sayı:
3730

Koronavirusa qarşı peyvənd edilmiş insanlar da delta ştamını həm ətraflarına, həm də peyvənd olunmamış insanlara yaya bilərlər.

Bu barədə “The Lancet Infectious Diseases” jurnalı məlumat yayıb.

Nəşr iddia edib ki, koronavirusa qarşı peyvənd olunmuş ailədə deltaya yoluxma ehtimalı 25, peyvənd olunmayan ailələrdə isə 38 faizdir.

Alimlər bunu bir il ərzində yüngül formada koronavirusa yoluxmuş 621 britaniyalını müşahidə edərək müəyyən ediblər.

Təcrübənin nəticələri peyvəndlərin uğurlu olduğu ölkələrdə belə koronavirusun delta ştamının yoluxucu olduğunu deməyə əsas verir.

Tədqiqatçılar bildiriblər ki, peyvənd edilmiş xəstələr koronavirusa daha asan dözür və tez sağalırlar. Peyvənd olunmayanlar isə tez-tez infeksiyanın ağır formasından əziyyət çəkirlər.

Alimlər koronavirusun ötürülməsini dayandırmaq üçün peyvəndin vacibliyini qeyd ediblər. Təcrübə həm də tam peyvənddən sonra immunitetin üç ay ərzində ciddi şəkildə azaldığını nümayiş etdirib. Daha əvvəl bu müddət altı ay göstərilirdi. Bu səbəbdən mütəxəssislər peyvəndin tam kursundan bir müddət sonra üçüncü dozanın gücləndirici olaraq tətbiq edilməsinin zəruriliyini vurğulayırlar.

London İmperial Kollecinin mütəxəssislərinin fikrincə, gücləndirici peyvəndlər koronavirusun qarşısını almağa, virusdan bir ilə qədər qorunmağa kömək edəcək.

Bundan əvvəl, oktyabrın 30-da Avropa Şurasının rəhbəri Çarlz Mişel Romada keçirilən G20 sammitində deyib ki, Avropa İttifaqı gələcək pandemiyalara hazırlaşmalıdır. O hesab edir ki, bu məsələdə əməkdaşlığı gücləndirmək üçün beynəlxalq müqavilə lazımdır./report