PAŞİNYAN İNTİHARIN BİR ADDIMLIĞINDA - Hitlerin taleyini yaşaya bilər

Baxış sayı:
496

Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı daha bir həqiqəti sübuta yetirdi  -  Ermənistanın istifadə etdiyi ballistik raketlər olduqca aşağı səviyyədədir və müasir dövrdə belə silahlarla müharibə aparmaq imkansızdır.
 
Ermənistanın Gəncədə mülki əhalini hədəf alan hücumu zamanı "SCUD" raketindən istifadə etməsi təsadüfi deyil. Rusiya istehsalı olan raketlərin texniki xüsusiyyətlərinə nəzər salsaq, hücumun məqsədli şəkildə həyata keçirildiyini demək olar.
 
Xatırladaq ki, 1961-1987-ci illərdə istehsal edilən, NATO adı “SCUD” olan “Elbrus” raketlərinin hədəfdən yayınma dairəsi təxminən 450 metrdir. Sonuncu istehsal tarixi 1987-ci il olan raketlər köhnə olduğundan dəqiq zərbə qabiliyyətini itirib.
 
Məhz bu səbəbdən “SCUD” raketlərindən hərbi hədəflərin vurulması üçün nadir hallarda istifadə olunur.
 
Bundan əvvəl isə Ermənistan ordusu öz ərazisindəki buraxılış nöqtələrindən Azərbaycana qarşı “Toçka-U” operativ-taktiki raket kompleksləri və 300 km məsafəyə malik “SCUD-B” qısa mənzilli ballistik raketindən istifadə edib.
 
"SCUD-B" ballistik raket sistemləri sovetlər birliyinin yaratdığı sistemlərdəndir. Bu raketlərin hədəfi vurmaq dəqiqliyi çox azdır. Ermənistan bu raketləri 1995-1996-cı illərdə əldə edib. Məlumatlara görə, Ermənistan 27 ədəd "SCUD" raketinə malikdir. Bu raketlərin cəmi bir neçə sistemi mövcuddur. Qalan raketlər baxımsızlıqdan sıradan çıxıb və belə sıradan çıxmış raketlərdən istifadə edərək müharibə aparmaq imkansızdır. Onu da vurğulayaq ki, Ermənistanın bütün döyüş əməliyyatları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi video görüntülər yayır. Bu fakt onu deməyə əsas verir ki, Ermənistanın bütün döyüş cəhdlərinə Azərbaycanın hava hücumundan müdafiə sistemi nəzarət edə bilir. Bütün ölkə ərazisində olan həm uçuşlar, həm də raket buraxılışları izlənilir, onların koordinatları təyin edilir. Bir sözlə, Ermənistan strateji baxımdan artıq məğlub olub və İrəvanın Azərbaycanın əks-hücumunu dayandırmaq imkanı yox dərəcəsindədir.
 
Bu ağır məğlubiyyətdən sarsılan təcavüzkar ölkə çarəsizlikdən Azərbaycanın mülkü əhalisini hədəf alır. Bununla bütün beynəlxalq konvensiyalara hörmətsizlik edən Ermənistan hakimiyyəti özünün sonunu yaxınlaşdırır. Əslində, Nikol Paşinyanın addımları aqoniya əlamətidir. Dinc əhalini hədəf seçən Paşinyan faşist Almaniyasının füreri Adol Hitleri xatırladır. 8 sentyabr 1944-cü ildə məğlub olduğunu anlayan Hitler Londona FAU-2 raketləri atmaq barədə əmr vermişdi. Bu raket zərbəsindən 3 nəfər dinc sakin həlak olmuş, 22 nəfər yaralanmışdı.
 
Bunun ardınca Hitler Almaniyası Londona 1300 FAU-2 raket zərbəsi endirdi və məğlub olan Hitler ordusu bu raketlərə son ümid silahı kimi baxırdı. Ağlını və reallıq hissini itirən Hitlerin FAU-2 raketləri ilə Böyük Britaniya zərbələr endirməsi nəticəsində bu ölkənin 2724 vətəndaşı həlak oldu. Ümumilikdə, FAU-2 zərbələri 20 min nəfərin ölümünə səbəb olub.
 
Bu gün ağır məğlubiyyətlə üzləşən Paşinyan da “SCUD” raketlərinə son ümid silahı kimi baxır. Üçüncü dünya ölkələrinə ixrac edilən və artıq vaxtı keçmiş raketlərlə Azərbaycana qarşı müharibə aparmağı düşünən Ermənistan Səddam Hüseynin səhvlərini təkrarlayır. İran-İraq müharibəsi zamanı, 27 oktyabr 1982-ci ildə İraq ilk dəfə “SCUD-B” raketləri ilə Dezful şəhərinə zərbə endirib, nəticədə 21 mülki vətəndaş həlak olub, 100 nəfər yaralanıb. “SCUD” zərbələri növbəti illərdə də davam edib, 1985-ci ildə isə intensiv hal alıb. Müharibə zamanı İran ərazisinə yüzlərlə “SCUD” raketi düşüb.
 
İraqın atdığı bu raketlər nəticəsində 2000 iranlı öldü, 6000 nəfər isə yaralandı, həmçinin Tehranın 10 milyon əhalisinin 1/4-i şəhəri tərk etmək məcburiyyətində qaldı.
 
Ermənistan Azərbaycanın turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri eyni tip raket zərbələri endirməsi Paşinyanın növbəti ağılsızlığının sübutudur. Məlum məsələdir ki, əgər sərsəm Paşinyanın əlində kimyəvi qırğın silah olsa, o düşünmədən bundan da istifadə edərdi.
 
Ağlını itirən Paşinyan dəqiqliyi lağ obyektinə çevrilən raketlərlə özünü qurtarmaq istəyir.  O, get-gedə Hitlerin son günlərini xatırladır. Hətta jestləri və nitqi ilə də onu yamsılayır.
 
Ermənistan baş naziri özünü saldığı tələdə çabalayır. Onun vəziyyəti artıq kritikdir. Ermənistan ordusu darmadağındır. Əsgərlər fərarilik və əmrə itaətsizlik edir. Cəbhəyə getməkdən boyun qaçıran yüksək rütbəli zabitlərə açılmış cinayət işlərinin sayının son həftədə üçqat artması da bunun göstəricisidir. Ard-arda gələn sarsıdıcı  məğlubiyyətlərdən vahiməyə düşmüş Ermənistan cəmiyyətində artıq etiraz səsləri ucalmağa başlayıb.
 
Artıq Ermənistanda döyüşmək istəyən yoxdur. İqtisadi fəlakət, diplomatik qısnanma, həmişə ümid yerləri olmuş erməni diasporunun da artıq İrəvandan üz döndərməyə başlaması Paşinyanın psixoloji durumunu daha da ağırlaşdırıb.
 
Ermənistanda şayiələr, panika, total qorxu, ruh düşkünlüyü getdikcə artır. Nikol Paşinyanın bu qədər təqlid etdiyi Hitleri təkrarlamaq üçün yeganə şansı qalıb - fürer kimi intihar etmək. Lakin minlərlə insanı öz cılız ambisiyalarına qurban verən Paşinyanda belə bir cəsarətin olacağını düşünmək sadəlövhlükdür.
 
APA Analitcs