Pakistanda təyyarə qəzası nəticəsində azı 90 nəfər ölüb - YENİLƏNİB

Baxış sayı:
2552

“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə “Bol news” telekanalı məlumat yayıb.
“Federal Aviasiya naziri Qulam Sərvər Xan “Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfərin öldüyünü təsdiqləyib”, - deyə telekanal bildirib.
Telekanal, həmçinin qeyd edib ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.
Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur./apa
***
19:27
Pakistanda Lahor şəhərindən Kəraçiyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 35 nəfər ölüb.
Bu barədə “Doon” qəzeti məlumat yayıb.
“Edhi” xeyriyyə fondunun nümayəndəsi bildirib ki, təyyarənin qəzaya uğradığı yerdən 35 nəfərin meyiti aşkarlanıb.
O qeyd edib ki, 25-30 nəfər arası yaralı xəstəxanalara yerləşdirilib.
Xatırladaq ki, bundan əvvəl “The Nation” qəzeti 32 nəfər yaralının xəstəxanalara yerləşdirilməsi haqda məlumat yayıb.