"Onlar növbəti seçkidə olmayacaqlar" – MƏZAHİR PƏNAHOV

“Fəaliyyətində qüsurlar olan komissiya üzvləri növbəti seçkilərdə olmayacaq”.

Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qrumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, fəaliyyətində neqativ hallara yol verən komissiya üzvləri cəzalandırılacaqlar: "Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq. Buna heç kimin şübhəsi olmasın".