Novella Cəfərolu və Səadət Bənənyarlı “Şöhrət” ordeni ilə mükafatlandırıldı - İLHAM ƏLİYEVDƏN BƏZİ QADINLARA 8 MART TƏBRİKİ...
6-03-2021 12:11
Baxış sayı:
1444

Prezident İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Bənənyarlı Səadət İzzət qızı
Cəfərova Novella Cəfər qızı
Qocamanlı Səltənət Məmməd qızı
3-cü dərəcəli “Əmək” ordeni ilə
Ağayeva Zenfira Hüseyn qızı
Məmmədova Firuzə Nurəddin qızı
Mirzəzadə Rəna Rza qızı
“Tərəqqi” medalı ilə
Hüseynova Gülnarə Alxas qızı
Qənbərova Gülbəniz Rəşid qızı
Quliyeva Ülkər Hüseyn qızı
Məmmədova Nəzakət Hüseynağa qızı
Nəsibova Nəcibə Məmməd qızı
Vəliyeva Fəridə Talıb qızı.