“Mən prezident olduğum müddətcə Çin super güc olmayacaq” – Tramp

Baxış sayı:
4795

ABŞ və Çin arasındakı gərginlik hər keçən gün artmaqdadır. ABŞ prezidenti Donald Trampun açıqlaması gərginliyin daha da artacağını göstərir. “Fox News”-a müsahibə verən Tramp, Çinin səlahiyyəti müddətində bir super güc ola bilməyəcəyini söyləyib. Donald Tramp “Biz milyardlarla dollar alırıq. Aydındır ki, Çin bizim kimi yaxşı vəziyyətdə deyil. Çin iqtisadiyyatı çox da yaxşı deyil. Bizim iqtisadiyyatımız fantastik vəziyyətdədir. Hillari Klinton prezident olsaydı, Çin indi bizdən daha yaxşı vəziyyətdə olardı. Amma indi onlar bizə yaxınlaşa belə bilməzlər. Mən vəzifədə olduğum müddətcə, Çin heç vaxt super güc olmayacaq” deyə söyləyib. Müxalifət.az