“Qarabağ” - “Çelsi” matçına nə qədər bilet satılıb?
5-11-2017 14:47
![](https://muxalifet.az/sites/good.localhost/files/styles/xeber/public/23131914_2057429401146822_8530598984011303989_n.jpg?itok=B31Iubue)
Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” - “Çelsi” oyununa 30 min bilet satılıb.
Bu haqda Ağdam klubunun rəsmi “Facebook” hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, görüş noyabrın 22-də keçiriləcək.
Biletləri aşağıda qeyd olunan satış məntəqələrindən əldə edə bilərsiniz:
Satış məntəqələri:
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 ("Azərbaycan" kinoteatrının yaxınlığı) Bülbül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. ("Nizami" kinoteatrının yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)