Dənizdə batan iki gəncin meyiti tapıldı
18-08-2017 09:52

Xəzər dənizində batan iki gəncin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən daxil olan məlumata əsasən, avqustun 16-da dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğlunun cəsədləri tapıldığı üçün axtarışlar dayandırılıb.