Dənizdə 3 nəfər batıb
30-07-2017 21:23

İki nəfərin meyiti sudan çıxarılıb, birinin axtarışları davam etdirilir
Bakı çimərliklərində 3 nəfərin batması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə daxil olan məlumatlarda bildirilir.
Dənizdə çimərkən batma hadisələrinin hər üçü paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Batanlardan ikisinin meyiti dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılıb, daha bir nəfərin axtarışları davam etdirilir.