Britaniya Avropa Birliyi ilə sərhədlərini bağlayacaq

Bu üsulla Breksitdən sonra miqrant axınını nizamlanacaq
 
Miqrantların Avropa Birliyindən Britaniyaya girişini məhdudlaşdıracaq yeni immiqrasiya tədbirləri 2019-cu ilin martında qüvvəyə minəcək.
Bu barədə Britaniyanın immiqrasiya naziri Brendon Lyuis məlumat verib.
Onun sözlərinə görə, bu üsulla "Breksit"dən sonra miqrant axınını nizamlanacaq. Miqrasiya haqqında qanun isə 2018-ci ildə parlamentə təqdim olunacaq.