Qoca qadını avtomobil VURARAQ ÖLDÜRÜB – BAKIDA
17-07-2017 08:40
Bakıda qoca qadını avtomobil vuraraq öldürüb.
Hadisə Xəzər rayonunda baş verib.
Belə ki, Binə-Mərdəkan şossesindən keçən 1940-ci il təvəllüdlü Selina Tamara Qriqorevnanı avtomobil vurub. Nəticədə xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.
Araşdırma aparılır.