Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi
22-07-2021 15:55
Baxış sayı:
990

Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.
Milli.Az aysor.am-a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.
"Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır", - deyə Paşinyan vurğulayıb.