Şadlıq saraylarında keçirilən toylarda xüsusi rejim tətbiq ediləcək - QƏRAR QƏBUL OLUNDU
14-07-2021 14:05
Baxış sayı:
988

Azərbaycanın baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində COVID-19 virusunun idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edəcək.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Sənədə əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə xüsusi sanitar rejim tətbiq edilən sahələrin sayı artırılıb. Şənlik mərasimləri keçirilən obyektlər də bura əlavə edilib.