Gürcüstanda karantin qadağaları sərtləşdirilir
3-05-2021 10:25
Baxış sayı:
961

Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin (NK) mətbuat xidməti məlumat yayıb.
Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar verilib.
“Yeni qaydalar mayın 3-dən 12-nə qədər tətbiq olunacaq. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, - deyə NK-dan bildirilib.
Xatırladaq ki, mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib.