TƏBİB-dən icra başçısının karantinə alınması ilə bağlı AÇIQLAMA
25-05-2020 16:36
Baxış sayı:
2272

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə qurumdan report-a məlumat verilib.
Bildirilib ki, Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib:
“Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir”.