Polis ŞOKA DÜŞDÜ: Yük maşınından 39 cəsəd çıxdı
23-10-2019 14:05
Baxış sayı:
4864

Böyük Britaniyada qorxunc cinayət baş verib.
Muxalifet.az xəbər verir ki, paytaxt Londonun Essex bölgəsindəki bir yük maşınında 39 cəsəd tapılıb.
Hadisə haqqında İngiltərə polisi məlumat yayıb. Yük maşınının 25 yaşlı şimali irlandiyalı sürücüsü saxlanılıb. Polis Bolqarıstandan gəldiyi təsbit edilən maşını sənaye məhəllələrinin birində aşkar edib.
Cəsədlər tibbi ekspertizaya göndərilib. Polis onlardan birinin azyaşlı olduğunu açıqlayıb.