Fransa məhkəməsi ermənilərin Şuşa ilə bağlı "dostluq" müqaviləsini ləğv etdi - Azərbaycanın növbəti DİPLOMATİK QƏLƏBƏSİ

Baxış sayı:
6766

Cümə günü Lion İnzibati Məhkəməsi Villerban şəhəri ilə Azərbaycanın separatçı anklavı - Dağlıq Qarabağın Şuşa şəhər bələdiyyəsi arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqaviləni ləğv edib. 

Demokrat.az xəbər verir ki, bu barədə oktyabrın 18-də "Frans Press" agentliyi bildirib.

Hakimlər hesab ediblər ki, bu müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanuna ziddir, - məhkəmənin bəyanatında deyilir.

2015-ci ildə imzalanmış bu sənəd Dağlıq Qarabağ erməniləri, Fransanın müxtəlif bələdiyyələri və departamentləri ilə qondarma Dağlıq Qarabağ hakimiyyəti arasında imzalanmış 10-dan çox sazişdən biridir.

Related image

Xatırladaq ki, son aylar Fransa məhkəmələri həmin müqavilələrdən əksəriyyətini ləğv edib.