Nazir İnterpolun yeni rəisini kollektivə təqdim etdi

Baxış sayı:
4957

Bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək qurumun yeni rəisi polis polkovniki Əlaslan Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.

Bu barədə Muxalifet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Xatırladaq ki, V.Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.