NATO baş katibi Türkiyəyə səfər edəcək

Baxış sayı:
127

NATO baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.

NATO baş katibi İstanbulda Türkiyənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Məlumatda Y. Stoltenberq oktyabrın 9-da İtaliyaya, oktyabrın 10-da Yunanıstana səfər edəcək.