Məzahir Pənahovdan bələdiyyə seçkilərilə bağlı AÇIQLAMA: "449 nəfər..."

Baxış sayı:
4621

Azərbaycanda bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı indiyədək 499 müşahidəçi qeydə alınıb. Muxalifet.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, müşahidəçilərin 72-si MSK, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib. Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.