Məşhur aktrisa xəstəxanaya yerləşdirilib

Baxış sayı:
6004

Dünyaca məşhur 76 yaşlı aktrisa Ketrin Denyev xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, fransız ulduzun qəfil halı pisləşib.

Həkimlər Parisdə xəstəxanaya yerləşdirilən Ketrinin vəziyyətinin ciddi olduğunu bildiriblər.

İşemik insult keçirdiyi müəyyən olunan məşhur aktrisanın səhhəti nəzarətə götürülüb.