Mirşahinin koronavirusa yoluxma xəbəri yalandır? - AÇIQLAMA

Baxış sayı:
491

Bu gün koronavirusa yoluxduğu xəbəri yayılan Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin məzuniyyətə çıxdığı bəlli olub.

Yenisabah.az xəbər verir ki, Real TV-də yayımlanan “Mirşahinin saatı” verilişinə aparıcı qismində çıxan jurnalist Vüsal Məmmədov həmkarının əvəzinə ekranda görünməsini bu cür izah edib:

“Real” Təhli və İnformasiya Mərkəzində “Mirşahinin saatı”dır. Sadəcə özü məzuniyyətlə əlaqədar iki həftə olmayacağı üçün onu şərti olaraq, nominal olaraq mən əvəz edəcəyəm. Real olaraq isə təbii ki, Mirşahini əvəz etmək mümkün deyil…”.