Meyxanaçı Vüqar Coratlı qəfil vəfat etdi - FOTO

Baxış sayı:
4867

Meyxanaçı Vüqar Hüseynov vəfat edib.
 
Muxalifet.az
 xeberle.com-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında dünyasını dəyişib. Onun səhhətində yaranan problemə görə dünyasını dəyişdiyi bildirilir. 37 yaşlı meyxanaçı Corat kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Vüqar Corat kimi tanınan meyxanaçı 2002-ci ildə, 19 yaşında "De, gəlsin" meyxana yarışmasının qalibi olmuşdu. O, meyxanaçı Mahir Cürətin tələbəsi sayılırdı.