​Koçaryan və erməni generalların həbs tələbində SENSASİYALI QARABAĞ AMİLİ: Paşinyan bununla...

Baxış sayı:
3253

Ermənistanda keçmiş prezident Robert Koçaryana qarşı başlayan məhkəmə prosesinə bir sıra generallar da daxil edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, erməni general Yuri Xaçaturov da 2008-ci il 1 mart hadisələri ilə bağlı başlanan məhkəmə qarşısında çıxarılıb.
2008-ci ildə prezident olan Robert Koçaryan və həmin vaxt güc strukturlarında vəzifə daşıyan generallara qarşı dövlət çevrilişi ittihamı irəli sürülür. Hazırda məhkəmə işi davam etdirilir.
Ermənistanda bu məhkəmə işinə münasibət birmənalı deyil. Paşinyanın tərəfdarları və “Qarabağ klanı”nın zülmündən bezmiş insanlar Koçaryan başda olmaqla generalların həbsini tələb edir. Lakin bəzi siyasətçilər bu məhkəmə işinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına qarşı olan generalların neytrallaşdırmaq məqsədi daşıdığını iddia edirlər.
Respublika Partiyasının deputatı David Arutyun iddia edir ki, bir sıra hərbi xadimlər hədəfdədir.
Onun sözlərinə görə, hədəfdə olan hərbi xadimlər Azərbaycana qarşı qəti mövqe nümayiş etdirənlərdir. Erməni deputat ittihamın belə şəxslərə qarşı irəli sürülməsinin düşündürücü olduğunu qeyd edib.
Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının təmsilçisi olan Eduard Şarmazanov hesab edir ki, Koçaryana qarşı başlanan prosesə Serj Sarkisyanı da daxil edə bilərlər.
“Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət bolşevik inqilabçı komitələri kimi hərəkət edir. Onlar Serj Sarkisyana qarşı da istənilən məhkəmə işini qura bilərlər”, - deyə o bildirib.
Şarmazanov iddia edir ki, Koçaryanla bağlı yaranmış vəziyyət Qarabağ kontekstində ekstremal narahatlığa səbəb olur: “Koçaryanın mümkün həbsi Qarabağ münaqişəsi kontekstində təhlükəli ola bilər. Koçaryan və Sarkisyan Qarabağın “qəhrəmanları”dır (dırnaq redaksiyaya məxsusdur - red.) və Ermənistanın formalaşmasında ciddi rol oyunadılar. Koçaryan türklərə (azərbaycanlılar - red.) qarşı döyüşdə qaçmadı”.