Keçmiş çempion karyerasını dəyişdi - Başqa idmana keçdi

Baxış sayı:
2461

UFC-nin keçmiş çempionu Keyn Velaskes qarışıq döyüş sənətlərində peşəkar karyerasını başa vurub.

Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bundan somra karyerasını Amerikan Güləşində davam edəcək. Keyn Velaskes ilk təkbətək döyüşünü oktyabrın 31-də meksikalı idmançı, hazırkı çempion Broka Lesnara qarşı keçirəcək. 

Təkbətək döyüş Səudiyyə Ərəbistanında baş tutacaq.

Qeyd edilir ki, əgər 37 yaşlı döyüşçü MMA-ya qayıtmaq istəsə, onda o, 6 ay yeni dopinq yoxlamasının nəticələrini gözləməli olacaq.

Velaskes MMA-da son döyüşünü 2019-cu ilin 17 fevralında Fransis Nqannaya qarşı keçirib və nokautla qalib gəlib.