​"JURNALİSTLƏRİN BİNASI" GÜCLÜ KÜLƏYƏ TAB GƏTİRMƏDİ! - Eyvanlar sökülüb dağıldı, bəzi mənzillərin tavanı qopub yerə töküldü

Baxış sayı:
5069

Dünən axşam saatlarında Bakıda əsən güclü külək nəticəsində “jurnalistlərin binası”nda problemlər yarandığı haqda məlumat vermişdik. Hətta onu da bildirmişdik ki, bina keyfiyyətsiz materialdan tikildiyindən, güclü külək nəticəsində eyvanın məhəccəri yerindən qopub və həyətdəki maşınlara zərər vurub.
Muxalifet.az-ın əldə etdiyi məlumata əsasasən, güclü külək nəticəsində bir neçə mənzilin bolkonu sökülüb, məhəccərlər yerindən qopub. Bu haqda məlumat verən həmkarımız deyir ki, tikinti çox keyfiyyətsiz aparıldığından bəzi mənzillərin tavanında da problemlər yaranıb. Belə ki, sanki 5-6 ballıq zəlzələ baş verirmiş kimi, tavanın müəyyən hissələri qopub tökülüb. 
Məlumata görə, bu cür problemin yaranmasına səbəb binanın tikintisi zamanı sementdən ya az istifadə olunması, ya da keyfiyyətinin aşağı olmasıdır. O cümlədən, mütəxəssislər bolkonların sökülməsinə də nazik və keyfiyyətsiz armaturdan istifadə olunmasını səbəb göstərirlər.

Muxalifet.az
P.S. Mövzu ilə bağlı geniş araşdırma aparacağıq.