İrandan nüvə silahı ilə bağlı YENİ ADDIM: bu gündən etibarən...

Baxış sayı:
148

İran Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindəki öhdəliklərini 3-cü dəfə azaldıb.
Muxalifet.az
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi danışıb.
Qərara əsasən, İran bu gündən etibarən razılaşma çərçivəsindəki nüvə silahlarını araşdırma və inkişafı ilə bağlı öhdəliklərini dayandırır.
“ParsToday”in xəbərinə görə, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa İttifaqı Xarici Əlaqələr Komitəsinin sədri Federika Moqheriniyə məktub yollayaraq yenilikdən xəbərdar edib.
“İran Xarici işlər naziri bu gün Moqheriniyə məktub yollyaraq Amerikanın nüvə razılaşmasından geri çəkilməsi və İran əleyhinə tətbiq olunan embarqolar, həmçinin, 3 Avropa ölkəsinin nüvə razılaşması çərçivəsindəki öhdəliklərini yerinə yetirməməsindən doğan acizliklə İranın öhdəliklərini dayandırdığını xəbər verdi” – Musəvi qeyd edib.
Qərarın detalları Beynəlxalq Atom Enerjisi Qurumuna bildiriləcək.