Haririnin qardaşından AÇIQLAMA: “İRAN LİVANI ƏLƏ KEÇİRMƏYƏ ÇALIŞIR”

Səudiyyə Ərəbistanında istefa verən Livanın baş naziri Saad əl Haririnin qardaşı Baha el Hariri bu yöndə ilk açıqlamasını verib. Qardaşının istefasını dəstəklədiyini deyən Baha el Hariri İran və Livan Hizbullahının ölkənin nəzarətini ələ keçirməyə çalışdıqlarını söyləyib.
 
“Associated Press”ə (AP) açıqlama verən Hariri ailəsinin 51 yaşındakı böyük oğlu Baha, qardaşının istefasını dəstəklədiyini bildirərək, İran və Livan Hizbullahını ölkəni ələ keçirməyə çalışmada günahlandırıb.
Baha Hariri həmçinin Səudiyyə Ərəbistanına Livanın milli qurumlarını on illərdir dəstəklədikləri üçün təşəkkür edib.
Qeyd edək ki, Livan mediası keçən həftə Səudiyyə Ərəbistanının Hizbullaha çox mehriban münasibətinin olduğunu və bu səbəblə də Saad əl Haririnin yerinə qardaşı Bahanın gətirilməsini istədiyini ehtiva edən iddialara yer vermişdi.
Ancaq Haririnin yaxın köməkçilərindən biri və partiyadaşı Livan daxili işlər naziri Nohad Maçnuk bui ddiaya qarşılıq olaraq "Biz, sahibliyi, bir nəfərdən digərinə keçən bir qoyun sürüsü və ya mal deyilik" deyə, cavab verib.
Saad əl Hairi baş nazir olmaq üçün Sünni olmağın zəruri şərt olduğu Livanda Hizbullahın da daxil olduğu koalisiya hökumətini 1 ildir idarə edirdi.
Eyni zamanda, Səudiyyə Ərəbistanı vətəndaşı olan Saad əl Hariri istefa açıqlamasında İran və Hizbullahı bölgə ölkələrinin işlərinə müdaxilə etməkdə günahlandırmış, həmçinin həyatına qarşı sui-qəsd olduğunu  iddia etmişdi.
Buna qarşılıq olaraq, yüksək səviyyəli bəzi Livanlı səlahiyyətlilər isə təxminən 2 həftədir ölkəsinə qayıtmayan Saad Haririnin zorla istefa etdirildiyini və iradəsi xaricində ər-Riyadda saxlanıldığını deyirlər.
Ər-Riyadda olan Hariri isə bu iddiaları Twitter hesabından təkzib etmişdi. Son olaraq Livan prezidenti Misella Aun da Səudiyyə Ərəbistanını Haririni nəzarətdə saxlamaqla bağlı ittiham etmişdi.
Müxalifət.az