Gürcüstanda seçici fəallığı 45%-i ötüb

Baxış sayı:
1383

Gürcüstanda saat 17:00-a olan məlumata əsasən seçici fəallığı 45,77% olub.
 
Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
 
Artıq 1 607 530 seçici parlament seçkilərində iştirak edib.
 
Seçicilər ən yüksək fəallığı Raça-Leçxumi və Svaneti (57,3%), ən aşağı fəallığı isə Kvemo Kartlidə (41,9%) nümayiş etdiriblər.