Göyçayda daha bir qazimiz izdihamla qarşılandı - VİDEO

Baxış sayı:
389

Qarabağ döyüşlərində yaralanan qazimiz Asif Məmmədov böyüyüb boya-başa çatdığı Göyçay rayonunun Şahsoltan kəndinə qayıdıb.

Baku TV xəbər verir ki, döyüşçümüzün qayıdışı kənd camaatı arasında böyük təntənə ilə qeyd olunub.

Qazimiz Asif Məmmədov kənd qəbiristanlığına gələrək, Vətən Müharibəsində şəhid olmuş döyüşçü yoldaşlarını ziyarət edib.