​Gömrük təkzib etdi: 18 ton pomidorumuz...

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.
DGK-dan Muxalifət.az-a verilənməlumata görə, son dövrlərdə Azərbaycandan Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb, o cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.
Məlumatda deyilir ki, hazırda Rusiya ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır.