​FƏTÖ İLƏ PKK ƏMƏKDAŞLIĞI

FƏTÖ Kandilin terrorist toplaya bilməsi üçün səfərbərlik elan edib
Muxalifət.az
xəbər verir ki, 15 iyul çevriliş cəhdindən sonra FƏTÖ-PKK əməkdaşlığı bir daha aşkara çıxıb. FƏTÖ, Kandilə adam göndərilməsi üçün bütün Avropada səfərbərlik elan edib.
Batuhan Yaşa “Türkiyə” qəzetindəki “PKK FƏTÖ-dən nə öyrəndi, bilirsinizmi?” başlıqlı yazısında qeyd edib: “15 iyul çevriliş səhdindən sonra maskalar düşüb. Avropada, xüsusilə də Almaniyada əməkdaşlığa imza atıldı. FƏTÖ, Kandilə adam taılması üçün bütün Avropada səfərbərlik elan edib. İki terror təşkilatının bir anda bir-birinə daxil olması əslində yaxın əlaqənin uzun müddət davam elədiyini də isbat eləmiş oldu. Dövlət idarələri FƏTÖ kadrlarından təmizləndikcə, PKK içəridən məlumat ala bilməyəcək, tələlər qura bilməyəcək vəziyyətə gəlib. Terrorla mübarizədə artıq daha uğurlu nəticələr əldə edilməyə başlayıb”.
Qeyd edək ki, vaxtaşırı türk mətbuatında gedən yazılarda, həm Fətullah Gülənin, həm də Abdullah Öcalanın erməni əsilli olduqları barədə məlumatlar verilir.