Evdə zəncirlənən uşaq: “Spirtli içkilər içir” - VİDEO
22-08-2019 22:56
Baxış sayı:
14089
Ötən gün Bakının Nəsimi rayonunda anası tərəfindən zəncirlənən 2010-cu il təvəllüdlü azyaşlı Suraxanı rayonu 2 saylı uşaq evinə verilib.
Muxalifet.az Real TV-yə istinadən xəbər verir ki, azyaşlı burada təlim-tərbiyə olunmaqla yanaşı, psixiatr müalicəsi də alacaq.
Uşağın xalası Aygün İsmayılova hadisə ilə bağlı bildirib: "Uşaq çox nadincdir. Biz onla bacaraq bilmirik. Prokuror araşdırmasında da məlum oldu ki, biz ona işgəncə verməmişik. Niyə işgəncə verməliyik ki? O, bizim balamızdır. Qapını bağlayıb gedirik, gəlirik ki, dəmir "reşotka"ları sındırıb. Evdən pul oğurlayır, alkoqollu içkilər qəbul edir. Uşaq hərəkətini bilmir".