Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub - ERMƏNİSTAN YENİ ATƏŞKƏS REJİMİNİ KOBUD SÜRƏTDƏ POZUB

Baxış sayı:
1256

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Muxalifet.az bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.