DTX-nın həbs etdiyi XİN əməkdaşlarının ADLARI BƏLLİ OLDU

Baxış sayı:
4628

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) həyata keçirdiyi anti-korrupsiya əməliyyatında saxlanılan şəxslərdən ikisinin adı məlum olub.

Muxalifet.az xəbər verir ki, əməliyyatda saxlanılanlar Nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və XİN Maliyyə idarəsinin rəisi Lamiyə Canəhmədovadır.

Saxlanılanların konkret olaraq hansı əməldə ittiham olunduğu açıqlanmasa da DTX-nin saytında yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.