Davosta Pakistandan Azərbaycana Qarabağ dəstəyi

Baxış sayı:
1801

Pakistanın Baş naziri İmran Xan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Pakistanın Qarabağ münaqişəsində Azərbaycana dəstəyini bir daha təkrarladı.
Muxalifet.az bu barədə "Euronews"a istinadla bildirir. Pakistan Baş nazirinin verdiyi açıqlamaya görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) iclaslarına qatılan Xan, İlham Əliyev, Sinqapur Baş naziri Lee Hsien Loong və Çalık Holdinq İdarə heyəti Başçısı Əhməd Çalık ilə görüşdü.
"Xan, İslam Əməkdaşlıq Təşkilatının Kəşmir Əlaqə Qrupuna verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edərkən Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyi bir daha təkrarladı" ifadələri işlədildi.
Qarabağ 1991-ci ildən bəri Ermənistanın işğalı altındadır.
Prezident İlham Əliyevin, Qarabağa verdiyi dəstəyə görə İmran Xana təşəkkür etdiyi açıqlamada, iki ölkə arasındakı əlaqələrin artırılması mövzusunda razılıq əldə olunduğu bildirildi.
Bəyanatda Xanın İlham Əliyevə Hindistanın nəzarətində olan Cammu Kəşmirdə insan hüquqlarının pozulması barədə məlumat verdiyi və prezident Əliyevin Xanı Azərbaycana dəvət etdiyi barədə məlumatlar paylaşıldı.
Muxalifet.az