Cəbhə xəttindəki hərbi hissədə ardıcıl partlayışlarla bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı:
9886

Türkiyənin Şanlıurfa şəhərində yerləşən 20-ci Zirehli Tuqay Komandanlığının silah anbarında meydana gələn partlayışla bağlı rəsmi açıqlama verilib.
Muxalifet.az publika.az-aistinadən xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi partlayışla bağlı görüntüləri analiz edib və hadisə şahidlərini dindirib.
Hesabata görə, partlayış xarici səbəblərdən qaynaqlanmayıb. Sursatlar mövsümi dəyişikliklər və mövcud depolama şərtlərinin təsirlərinə məruz qalaraq kimyəvi reaksiyaya girib və bununla da hadisə baş verib.
Qeyd edək ki, hadisə 13 noyabrda baş vermişdi.