​Bu dəfə İtaliya silkələndi - 4,4 bal

İtaliyanın mərkəzi hissələrində 4,4 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkonologiya İnstitutu məlumat yayıb.
Yeraltı təkanların Emiliya-Romanya vilayətinin Fornova di-Taro şəhərindən 4 km uzaqlıqda qeydə alındığı bildirilib.
Zəlzələ ocağı 31 km dərinlikdə yerləşib.
Zəlzələnin episentrindən 20 km radiusda 97 min insanın yaşadığı deyilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.