​BƏRDƏDƏ ETİRAZ AKSİYASI – Sakinlər 3 nəfər ağsaqqalın həbsinə və torpaqların qanunsuz olaraq zəbt olunmasına etiraz edir / VİDEO

Baxış sayı:
3547

Bərdə rayon, Qaradırnaq kənd sakinləri örüş üçün ayrılan 104 hektar torpaq sahəsinin 40 hektarının qanunsuz olaraq vəzifəli şəxslər tərəfindən zəbt olunduğunu iddia edir.
Muxalifet.az xəbər verir ki, sosdial şəbəkələrdə yayılan məlumata görə, bu qanunsuzluğöa etiraz edən kənd sakinlərindən 3 nəfər həbs olunub.
Bu hadisədən sonra sakinlər kütkləvi şəkildə həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb etməklə yanaşı, rayon rəhbərliyinin qanunusuz əməllərinə etiraz ediblər. İddia olunur ki, hazırda örüş torpaqlarını tələb edən kənd sakinlərinə icra başçısının, polis rəisinin və prokurorun adı ilə hədə-qorxu gəlinir.
Muxalifet.az akisyanın görüntülərini oxucularına təqdim edir: