Beyrutda etirazlar: Nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi

Baxış sayı:
438

Livanın paytaxtı Beyrut şəhərində davam edən nümayişlərdə silah səsləri eşidilib.

Virtualaz.org bildirir ki, güllə yarası alan polis vəfat edib.

Qeyd olunub ki, silahlı insident zamanı nümayişçilərin də bir neçəsi ağır yaralanıb. Bundan başqa, 172 nəfər toqquşmalarda xəsarət alıb. Bildirilib ki, 55 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib. Etirazçılar Livan Banklar Asosassiyasının binasına daxil olub. Onlara Livan ordusunun ehtiyatda olan zabitləri başçılıq edir.

Artıq nümayişçilər İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarına hücum edərək oranı ələ keçiriblər. Onlar Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər. Polis nümayişçilərə qarşı bibər qazından istifadə edir.

Etirazçılar həmçinin, Ətraf Mühit Nazirliyinin də binasına daxil olmağa çalışır.