BAKIDA İŞIQLAR SÖNDÜ - Metroda hərəkət dayandı / YENİLƏNİB

Baxış sayı:
2131

Bu gün saat 16 radələrində Bakı şəhərinin bir hissəsində elektrik enerjisi verilişində problemin yaranması metronun hərəkətinə mənfi təsir göstərib.

Publika.az xəbər verir ki, Metropolitenin bəzi stansiyalarına elektrik verilişi bir neçə dəqiqəlik dayanıb. Bu zaman tunellərdə olan qatarlar dayanmalı olub və metronun iş qrafiki pozulub.

Hazırda bəzi stansiyalara sərnişinlər qəbul edilmir.

***

Bir qədər əvvəl Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

“Azərişıq” ASC-dən verilən məlumata görə, hadisəyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində yaranan nasazlıqdır.

Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.