Azərbaycanlı FETO-çudan ƏRDOĞANA HƏQARƏT

İran əsilli Türkiyə vətəndaşı olan Rza Zərrab əleyhinə ittiham aktını qaçaq FETÖ-çu mənbələrinin Türkiyədən qaçırdıqları saxtar sənədlər sayəsində hazırlayan Nyu-york Cənub Bölgəsinin keçmiş baş prokuroru Preet Bharara yeni bir qalmaqala imza atıb. Bharara, 15 İyul “çevrilişə cəhd” hadisəsindən öncə Türkiyədən deportasiya edilən Azərbaycan vətəndaşı FETÖ-çu Mahir Zeynalovun manipulyasiya tweetini paylaşıb.
 
 FETÖ-çu Mahir Zeynalov Türkiyənin terror təşkilatı olan FETÖ ilə mübarizəsini ictimai rəydə və dünyada etibarsızlaştırmaq üçün FETÖ-çuları məsum göstərən tweet atıb. FETÖ-yə bağlı olduğu artıq heç bir şübhə doğurmayan prokuror Bharara, Zeynalovun tweetini prezidenti Ərdoğanı təhqir edəcək şəkildə Tvitterdəki hesabında paylaşıb . Paylaşmada Ərdoğana qarşı qorxaq və alçaldıcı ifadələr işlədib.

Tweetdə bəhs edilən polislər həqiqətən də FETÖ-yə xidmət edən terrorçulardır ki, məhz bu şəbəkəyə birbaşa yardım etdikləri səbəbindən mühakimə olunub və cəza alıblar.
Zeynalov və Bharara FETÖ-çu keçmiş polislərin bu şəbəkəyə bağlı olan həyat yoldaşlarının həbsini cinayətdən dolayı deyil, yalnız qohum olduqları üçün həbs olunmuş kimi təqdim etməyə çalışırlar. Bununla da həm Ərdoğan hakimiyyətinə, həm də Türkiyənin ədliyyə sisteminə kölgə salmaqla, FETO-çulara dünya ictimai fikrində bəraət qazandırmaq istəyirlər.
Müxalifət.az