Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxdu – 8 NƏFƏR VƏFAT ETDİ

Baxış sayı:
971

Azərbaycanda bu gün koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 8 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 49013  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7298 nəfərdir.

Ötən müddət ərzində 1 281497 test aparılıb. Bugünkü test sayı isə 11353-dir.