Azərbaycanda daha 3469 nəfər koronavirusa yoluxdu – 30 NƏFƏR DƏ VƏFAT ETDİ

Baxış sayı:
328

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 102 396 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.