Azərbaycan Rusiya, Ukrayna, Moldovanı geridə qoydu...

Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 137 ölkəsi arasında 36-cı yerdə qərarlaşıb.
Muxalifet.az xəbər verir ki, bu, Dünya İqtisadi Forumunun apardığı tədqiqatın nəticəsində müəyyyən edilib.
Azərbaycan yuxarıda qeyd olunan göstəriciyə görə, MDB ölkələri arasında Tacikistan (70), Ermənistan (85), Rusiya (114), Qazaxıstan (115), həmçinin Qırğızıstan, Moldova və Ukraynanı geridə qoyub.
Siyahıya BƏƏ, Sinqapur, İsveçrə, Honkonq və Niderland liderlik edir.
Ən pis yol infrastrukturu Haiti, Konqo və Mavritaniyaya məxsusdur.