“Azərbaycan necə istəsə, Türkiyə o şəkildə onun yanında olacaq” – QARDAŞ ÖLKƏDƏN QARABAĞ MESAJI

Baxış sayı:
5239

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Türkiyənin yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizədə normallaşma prosesində təqdim etdiyi təhlükəsiz turizm xidmətlərinin izah edildiyi “Yenidən kəşf et” adlı təqdimat tədbirində keçirilən mətbuat konfransında “Azərbaycan Qarabağ münaqişəsinin həll edilməsini necə arzu edərsə, Türkiyə də eyni şəkildə Azərbaycanın yanında olacaq.”, - deyə bildirib.
Muxalifet.az
xəbər verir ki, Çavuşoğlu Qarabağ münaqişəsinin və Azərbaycanın digər işğal olunmuş bölgələrinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istədiklərini və bu ərazilərin Azərbaycan torpaqları olduğunu bildirib.
BMT Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların qərarlarını xatırladan nazir “Bu sənədlərdən aydın şəkildə görünür ki, həmin torpaqlar Azərbaycan əraziləridir. Təəssüf ki, ATƏT-in Minsk Qrupu münaqişənin həllində üzərinə düşən vəzifəni lazımi şəkildə yerinə yetirmədi. Bir neçə ay öncə onları Ankaraya dəvət edərək problemin diplomatik yolla həlli üçün səylərini artırmalarını istədik. Biz həm Rusiya, həm də ABŞ ilə müzakirələrimizdə bu məsələni daim gündəmə gətiririk. Artıq bu münaqişənin həll olunmasının vaxtı çatıb.”

Münaqişənin həll edilməsi ilə bağlı bəzi təkliflərin olduğunu ifadə edən Çavuşoğlu, bu fikirləri səsləndirib: “Azərbaycan konstruktiv mövqe nümayiş etdirib. Ancaq Ermənistan buna qarşılır vermir. Habuki beynəlxalq təşkilatların qərarları var, bütün dünya səy göstərir. Digər tərəfdən, Qarabağda qondarma seçkilər keçirildi. Biz beynəlxalq təşkilatlardan, Minsk Qrupundan bu seçkiləri tanımamağı və bunu açıq şəkildə söyləmələrini tələb etdik. Onlar bunu etdilər. Beynəlxalq ictimaiyyət bu seçkiləri tanımadığını söylədi. Ermənistan bu cür təxribatlara əl atmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə səy göstərməlidir. Biz bütün məsələlərdə olduğu kimi Azərbaycanın işğal olunmuş torpaqları və Qarabağ məsələsində də qardaş Azərbaycanın yanındayıq. Bundan sonra da yanında olacağıq.”
Mövlud Çavuşoğlu “Azərbaycan bu problemin necə həll olunmasını istəyirsə, biz də o şəkildə Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə bildirib.

Muxalifet.az