Aysel depressiyada: “Köynəyinin düyməsini...”

Baxış sayı:
553

“Köynəyinin düyməsini ilmələmək kimidir bu həyat. Öncədən səhv etdiyini sonuna gəlmədən başa düşmürsən. Həyat heç bir zaman sizi yanlış, gərəksiz insanlarla qarşılaşdırmasın”.
Muxalifet.az
xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə instaqramda yazıb.
Vəfasız dostlarından gileylənən sənətçi ürəyini sosial şəbəkədə izləyicilərinə açıb: “İnsan dəyişməz, sadəcə fərqinə varar… Dəyişən sizi sevməyib sevirmiş kimi, dost kimi görünüb əslində dost olmayan, insan kimi görünüb insanlıqdan xəbəri olmayandır. Allah imanlı görünüb imansız olandan, vicdanlı göstərib vicdanı olmayandan və bunun kimi bir çox gərəksiz, etibarsız, sizi sevməyən insanlardan qorusun”.