Akardan ABŞ-a XƏBƏRDARLIQ: B və C planlarımız hazırdır

Baxış sayı:
217

Suriyanın şimalında Türkiyə-ABŞ ortaq quru patrul xidməti sentyabrın 8-də başlayacaq.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hulusi Akar bildirib.
“YPG ilə PKK arasında heç bir fərq yoxdur. Bunun əksini söyləmək ağlımız üçün təhqirdir. Terrorçuların dərhal geri çəkilməsi, ağır silahların toplanması, birgə patrul xidmətinin, havada helikopter və pilotsuz uçuş aparatlarının fəaliyyətin başlanması mövzusunda israr edirik. Birlikdə işləyək. Bu olmasa, B və C planlarımız hazırdır. Həmişə gözləyəcəyimiz düşünülməsin. Belə bir şey yoxdur!” – müdafiə naziri deyib.