"ABŞ ÜST-dən çıxdı və biz də bunu düşünürük" - BRAZİLİYA PREZİDENTİ

Baxış sayı:
2700

“Ölkəmiz ideoloji quruluşa görə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağı nəzərdən keçirə bilər”.

Muxalifet.az xəbər verir ki, bunu Braziliya prezidenti Jair Bolsonaru bəyan edib.

“Mən xəbərdarlıq edirəm: ABŞ ÜST-dən çıxdı və biz gələcəkdə bunu düşünürük. Ya ÜST ideoloji əsas olmadan fəaliyyət göstərəck, ya da biz bu təşkilatdan ayrılacağıq”.

Qeyd edək ki, Braziliya koronavirusun yayılmasına görə dünyada ikinci yeri tutur. Ölkədə 614 min nəfər yoluxmuş, 34 min adam ölüb.