ABŞ Tiflisə “Javelin” raketlərini verir

ABŞ Dövlət Departamenti Gürcüstana “Javelin” tank əleyhinə raket kompleksinin satışına izn verib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik silahın Tiflisə verilməsi ilə bağlı son qərarın Konqres tərəfindən qəbul ediləcəyini bildirib.
Gürcüstana verilən silahın 75 milyon dollar dəyərində olduğu vurğulanıb.